• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Saxta həkim saxlanıldı - 6 ildir xəstə qəbul edirmiş

CƏMİYYƏT

12 Yanvar 2023 | 10:52

Saxta həkim saxlanıldı - 6 ildir xəstə qəbul edirmiş

Avstriyada saxta həkim tutulub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Avstriyanın cənubundakı Ştiriya əyalətində baş verib. 6 ildir özünü həkim kimi qələmə verərək xəstələri qəbul edən şəxs barəsində cinayət işi açılıb.

Ştiriya Prokurorluğunun mətbuat katibi Hansjörq Baxer saxta həkimin ona qarşı irəli sürülən ittihamları qəbul etdiyini açıqlayıb. Qraz Rayon Cinayət Məhkəməsi 6 il ərzində xəstələri aldadaraq müxtəlif müalicələr tətbiq edən saxta həkimə qarşı saxta sənəd vermək, sağlamlığa qəsdən xəsarət yetirmək, xəstələri aldatmaq ittihamı ilə iddia qaldırıb.

Onun normal nəzarətdən kənar xəstələrə peyvəndlər, kiçik cərrahi müdaxilələr və müxtəlif müalicələr apardığı, həmçinin peyvənd sənədləri verdiyi üzə çıxıb. Müayinədən keçən xəstələrin bir qismi razılıqlarını bildirsə də, digərləri yanlış müalicədən şikayətlənərək saxta həkimə qarşı təzminat iddiası qaldırıblar.

61 yaşlı saxta həkim yanvarın 26-da məhkəmə qarşısına çıxacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026