Danimarkanın paytaxtı Kopenhagenə səyahət edən turistlər mükafatlandırılacaq.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu cəhdin edilməsində məqsəd iqlim problemlərinə qarşı həssaslıq yanaşan və sosial şüurlu şəxslərin turistik məqsədlərlə istirahətə cəlb edilməsidir.
Məlumatda qeyd edilib ki, bu məqsədlə turistlərə pulsuz kofe, süni xizək komplekslərində istirahət zamanı ödənişdə endirim və bu kimi digər tariflərin tətbiq edilməsi gözlənilir.
Əli Hüseynov
















