• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

DÇ: Bu gün Argentinanın finaldakı rəqibi bəlli olacaq

İDMAN

14 Dekabr 2022 | 09:06 | Müəllif: Qalib İbrahimoğlu

DÇ: Bu gün Argentinanın finaldakı rəqibi bəlli olacaq

Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

"Əl Bayt" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Meksika Futbol Federasiyasından Sezar Ramos idarə edəcək.

Qarşılaşmanın qalibi finalda Argentina yığmasına rəqib olacaq.

DÇ-2022

Yarımfinal

14 dekabr

23:00. Fransa - Mərakeş

Baş hakim: Sezar Ramos

"Əl Bayt" stadionu

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026