"Səbail rayonunda 6 qəzalı bina var, illərdir ki, bu problem öz həllini tapmır".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Nigar Arpadarai Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, Səbail rayonunda 6 bina Fövqəlada Hallar Nazirliyinin də təsdiqi ilə qəzalı bina kimi siyahıdadır.
"Lakin bu qəzalı binalara gəlib baxış keçirən yoxdur. Orda yaşayan bina sakinlərindən çoxlu şikayətlər gəlir. Bu məsələni qaldırmaqda məqsədim aidiyyatı qurumların diqqətinə çatdırmaqdır", - deyə deputat vurğulayıb.
Nuranə Daxilqızı















