Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən növbəti iclasda deputatlar qanun layihələrinə münasibət bildiriblər.
Bakıvaxtı.az xəbər verir ki, parlamentarilər üç qanun layihəsini ikinci oxunuşda əsas kimi qəbul ediblər.
Belə ki, parlamentdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunn layihəsi qəbul edilib.
Ramid İbrahimov















