• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

DİQQƏT: Bu ərazilərdə qaz kəsiləcək

CƏMİYYƏT

12 Fevral 2025 | 20:58

DİQQƏT: Bu ərazilərdə qaz kəsiləcək

Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində "Hacı Mövlan" ölçü qovşağı üzərində filtrin quraşdırılması, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədilə,13.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin, Xəzər rayonu üzrə Qala kəndinin, Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR

06 Yanvar 2026