• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

DSMF-nin xərcləri 15 faiz artıb

İQTİSADİYYAT

13 Aprel 2023 | 11:13 | Müəllif: Qalib İbrahimoğlu

DSMF-nin xərcləri 15 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci rübündə proqnozla müqayisədə 7 faiz və ya 100 mln. manat çox olmaqla 1 mlrd. 561 mln. manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-mart aylarında proqnoza nisbətən 9 faiz və ya 101 mln. manat artaraq 1 mlrd. 192 mln. manat olub.

Son 3 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 194 mln. manat artaraq 1 mlrd. 494 mln. manata çatıb.

 


DSMF-nin xərcləri 15 faiz artıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026