• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Büdcəyə vergi daxilolmaları ARTIB - FOTO

İQTİSADİYYAT

11 May 2023 | 10:11

Büdcəyə vergi daxilolmaları ARTIB - FOTO

2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,4% artaraq 7 mlrd. 672,2 mln. manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 4 mlrd. 3,4 mln. manat olub.

"Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var", - M.Cabbarov yazıb.
 


Büdcəyə vergi daxilolmaları ARTIB - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR