• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.7968

    RUB - 0.0173

Energetika naziri IRENA-nın baş direktoru ilə görüşdü

İQTİSADİYYAT

09 Iyun 2023 | 15:54

Energetika naziri IRENA-nın baş direktoru ilə görüşdü

Qazaxıstanda Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera arasında görüş olub.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə bərpa olunan enerjinin istehsalı - ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, eləcə də yaşıl enerji texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanın 2023-2024-cü illər üzrə IRENA Şurasına üzvlüyü çərçivəsində  əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində imkanların dəyərləndirilməsinə IRENA-nın dəstəyi  ifadə edilib.


SON XƏBƏRLƏR

01 Oktyabr 2023