• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dünya xərçəngin müalicəsini kəşf etmək ərəfəsindədir

CƏMİYYƏT

12 Iyul 2023 | 18:11 | Müəllif: Subhan Mahmudov

Dünya xərçəngin müalicəsini kəşf etmək ərəfəsindədir

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimlərinin xərçəngə qarşı hazırladığı yeni peyvənd sınaqdan keçirilən heyvanların 80 faizində şişi məhv edib.

Bakıvaxtı.az bildirir ki, yeni dərman T-hüceyrələrinin immun reaksiyasını gücləndirir, həmçinin onların lazımi müalicəvi xüsusiyyətlərlə istehsal prosesinə başlayır.

Müalicə qlioblastoma və melanoma olan gəmiricilərin böyük əksəriyyətində xərçəngin yox olmasına gətirib çıxarıb. İndiyədək bərk şişlərdə immunoterapiyanın belə effektinə nail olmaq mümkün deyildi.

Hazırda alimlər müxtəlif növ şişlərin müalicəsini öyrənməyə və adaptasiya etməyə davam edir. Daha sonra terapiya insanlarda təhlükəsizlik və effektivlik baxımından qiymətləndiriləcək./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026