• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nəvəsinə işgəncə verdiyi deyilən nənə DANIŞDI - VİDEO

CƏMİYYƏT

11 Avqust 2023 | 17:36

Nəvəsinə işgəncə verdiyi deyilən nənə DANIŞDI - VİDEO

Sosial şəbəkələrdə Sumqayıt şəhərində yaşayan azyaşlının nənəsi tərəfindən qeyri-insani rəftara məruz qalması ilə bağlı məlumatlar yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, nəvəsinə şiddət göstərdiyi deyilən nənə Ülviyyə Abdullayeva Baku TV-yə açıqlama verib. 

O, nəvəsinə fiziki zorakılıq tətbiq etmədiyini vurğulayıb: 

“Əminə əlini toka vururdu. Əminəyə qışqırırdım, onu danlayırdım. Onu cəzalandırmaq üçün deyirdim ki, qapının arxasında dayan, bir saat oyuncaqla oynamayacaqsan. Amma döymək mənim tərbiyəmə ziddir”.

Ü.Abdullayevanın sözlərinə görə, nəvəsi nevroloji xəstədir: 

“Stolun, çarpayının üstünə çıxır. Yanında adam olmayanda özünü yerə çırpır”. 

Nənə həmçinin qeyd edib ki, onu polisə şikayət edən şəxs nəvəsini sənədsiz şəkildə övladlığa götürən qadındır:

“Məni şikayət edib ki, uşağı məndən alıb, ona versinlər. Bu, mümkün deyil. Uşağı dövlət məndən alsa belə, onlara verilməyəcək”.

Qeyd edək ki, DİN-in yaydığı məlumata əsasən, artıq Ülviyyə Abdullayeva barəsində cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR