• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək

GÜNDƏM

07 May 2024 | 12:24

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026