• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Əhmədli”dəki insidentə görə 2 nəfər HƏBS EDİLDİ

CƏMİYYƏT

14 Iyul 2023 | 14:47

“Əhmədli”dəki insidentə görə 2 nəfər HƏBS EDİLDİ

Bir neçə gün əvvəl Bakı Metropoliteninin “Əhmədli” stansiyasında polislə insident yaradan iki gənc həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə metronun platformasına daxil olmaq istəyən qızın çantasını polisin nəzarətində olan “XRAY” aparatına qoymaqdan imtina etməsindən sonra başlayıb. Belə ki, gənc qız və yanındakı digər iki xanım polisin çantaları aparata qoymaqla bağlı tələbinə qarşı çıxıblar və mübahisə etməyə başlayıblar. Polislərin onları metroya buraxmadığını görən qız qardaşı, 1993-cü il təvəllüdlü S.Məmmədova (şərti soyadlı) zəng edib. Tanışı, 1991-ci il təvəllüdlü B.Əhmədovla birgə “Əhmədli” stansiyasına gələn S.Məmmədov orada polis əməkdaşları ilə kobud danışmağa, söyüş söyməyə başlayıb.

Daha sonra hər iki şəxs saxlanılıb və barələrində inzibati protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə 1 ay müddətinə inzibati həbs cəzası verilib. Onlar müvəqqəti saxlanma məntəqəsinə göndərilib. /Qafqazinfo
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026