• Bakı 20° C

    3.36 m/s

Eks-prezident dövlət mükafatlarından məhrum edilib - FOTO

CƏMİYYƏT

29 Dekabr 2025 | 08:49 | Müəllif: Əli Hüseynov

Eks-prezident dövlət mükafatlarından məhrum edilib - FOTO

Qırğızıstan prezidenti Sadır Japarov sabiq dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin Mətbuat Xidməti məlumat verib.

    "Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - məlumatda deyilir.

    Qeyd edək ki, sabiq prezident ən yüksək mükafatı olan "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli Manas ordeni, Danaker ordeni və "Dənk" medalından məhrum edilib.


    Eks-prezident dövlət mükafatlarından məhrum edilib - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Oktyabr 2026