• Bakı 20° C

    3.36 m/s

Ekspertdən nazirə ağır İTTİHAM: Dövlətin pulunu talayırsınız…

CƏMİYYƏT

09 Sentyabr 2022 | 11:32

Ekspertdən nazirə ağır İTTİHAM: Dövlətin pulunu talayırsınız…

Ötən günlərdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov imtahan mərhələsindəki bəzi tapşırıqların testoloji statistikasını və şəxsi təhlilini bölüşüb.

Ekspert bildirib ki, imtahanlar kompüter qarşısında olub və bu o deməkdir ki, yaşı çox olan müəllimlər monitorda tam rahat şəkildə sualları oxumaq, cavab variantlarda olan hərfləri seçməkdə çətinlik çəkə bilər:

“Əgər imtahan kağız üzərində olsa idi, nəticələr daha yaxşı ola bilərdi. Çünki bu zaman sözləri kağız üzərində yazıb, doğru variantları nəzərdən keçirmək olardı. Necə olur, regionlarda direktorları kağız üzərində keçirə bilirsiniz, amma 60 yaşlı müəllimləri kompüter ilə imtahan edirsiniz?

Testologiya vərdişlərinə yiyələnməyən imtahan keçirənlər imtahanda ölçmə alətləri ümumiyyətlə tipinə, iş prinsipinə və metroloji təyinatına görə qruplaşma aparmalı idilər. Yəni eyni model testlərdən çox sayda istifadə etmək, məqsədi şəkildə aşağı nəticədə maraqlı olduqlarını göstərir. Çünki bundan əvvəl sınaq imtahanı olub, müəllimlərin hansı model suallarda çətinlik çəkdiyi məlum olub”.

K. Əsədov bildirib ki, biliyin qiymətləndirməsinin məqsədi və hədəfləri olmalıdır:

“Bu suallar hansı bilik və bacarıqları yoxlayır? Bu suallar hansı hədəf üçündür?

Müəllimlər daima inkişaf edən ,keyfiyyətcə dəyişən uşaqlarla işləməli olurlar. Bu model test tapşırığı, yəni imtahan prosesinin stresi altında müəllimlərin hansısa hərfi seçməmələri onların peşəkar müəllim olmadığına dəlalət etməməlidir.  Qiymətləndirmə zamanı yalnız informasiyanın mənimsənilməsi deyil, həm də vətəndaş mövqeyi və cəmiyyətin həyatında fəal iştirak üçün zəruri olan bilik,bacarıq və münasibətlərin əldə edilməsi,demokratik cəmiyyətin dəyərlərinin formalaşdırılması məsələləri əsas götürülməlidir. Soruşuram ki, burada hansı dəyərlərin və biliyin ölçüsü var?”

Ekspert qeyd edib ki, biliklər qiymətləndirilərkən dərsin məzmumu,əsas faktların və anlayışların ,səbəb-nəticə əlaqələrinin,nəticə və ümumiləşdirmələrin mənimsənilməsi yoxlanılır:

“Bu test tapşırığı nümunələri hansı kompensasiyaları ölçür? Bəs siz əzbərçi təhsildən təfəkkür təhsilinə keçid etmişdiniz? Qiymətləndirmə zamanı Təhsil Nazirliyi müəllimlər arasında ayrı-seçkilik salır. Bu müəllimlərə psixoloji cəhətdən mənfi təsir edir. Qiymətləndirmə zamanı Təhsil nazirliyi diqqətli olmalıdır. Təssüflər olsun ki, hazırda bu qurum müəllimlərin nüfuzun aşağı düşməsində maraqlı olduğunu göstərir”.

K. Əsədov bildirib ki, müasir dərslərdə artıq yeni qiymətləndirmə metodları tətbiq olunur:

“Bəs bu suallar hansı müasir standartlara cavab verir? Bəs uzun müddətdir ki, müəllimlərin keyfiyyətin yüksəldilməsi, peşəkar səviyyələrinin artırılması üçün qrant layihələrini ayırırsınız, onları xarici ölkələrə aparırsınız, yerlərdə təlimlər keçirirsiniz dövlətin pulunu talayaraq. Hansı bəs şaftalılar?”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026