Nazirlər Kabineti "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" 8 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, vergi və gömrük sahəsində güzəşt və azadolmalar bu Qaydanın məqsədləri üçün aşağıdakı meyarlar üzrə təsnifləşdirilir:
güzəşt meyarı - azadolma meyarı ilə əhatə olunmayan və sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində tətbiq olunan digər imtiyazlar;
azadolma meyarı:
- Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar;
- "Xüsusi iqtisadi zonalar haqqında" və "Ələt azad iqtisadi zonası haqqında" qanunlarda nəzərdə tutulan imtiyazlar;
- vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar;
- qrant, humanitar və texniki yardım üzrə imtiyazlar;
- maliyyə xidmətləri və dövlətin yaratdığı maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar;
- qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar;
- Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar.
Bakı 




