• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Əmirhüseyn Abdullahian Azərbaycana gələcək

SİYASƏT

20 Dekabr 2021 | 12:33

Əmirhüseyn Abdullahian Azərbaycana gələcək

“İranın xarici işlər naziri Əmirhüseyn Abdullahian həftənin sonunda Azərbaycana səfər edəcək”.

Bakıvaxtı.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətbizadə dekabrın 20-də keçirdiyi həftəlik brifinqdə bildirb.

O deyib ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçiriləcək.

Qeyd edək ki, dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.

İran və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri iki ölkə arasında inkişaf edən əlaqələrdən məmnunluq ifadə edərək, əməkdaşlıq sahəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə tərəflər münasibətlərin inkişaf tendensiyasından məmnunluq ifadə ediblər, həmçinin iki ölkə arasında əməkdaşlıqla bağlı son proseslər diqqət mərkəzində olub.

Azərbaycanın xarici işlər naziri iranlı həmkarını Bakıya dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026