• Bakı 12° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Emoməli Rahmon: Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir

CƏMİYYƏT

13 Mart 2025 | 11:04

Emoməli Rahmon: Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir

Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir.

Bakıvaxtı.az Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Bişkekdə iki günlük səfərdə olan Tacikistan prezidenti Emoməli Rahmon bildirib.

O bəyan edib ki, sabah Düşənbə-Bişkek və Bişkek-Xücənd reyslərinin açılışı olacaq.

"Biz iki sərhəd-buraxılış məntəqəsinin açılış mərasimini onlayn rejimdə keçirdik. Qarşıdakı dövrdə iki ölkənin bu sahədəki iqtisadi potensialından səmərəli istifadə etməklə ticari-iqtisadi əməkdaşlığın keyfiyyətli inkişafı üçün zəruri tədbirlər görüləcək", - S.Japarov bildirib. 

Bundan əlavə, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında su-enerji infrastrukturu və yol-nəqliyyat infrastrukturu üzrə iki saziş imzalanıb.


SON XƏBƏRLƏR