Türkiyənin hazırkı prezidenti, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan "balkon çıxışı" edib
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan rəqibini üstələdiyini deyərək, birinci turda qazanacağına inandığını vurğulayıb.
***
Türkiyənin hazırkı prezidenti, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan "balkon çıxışı" edir.
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan çıxışına xalqa seçkidə göstərdiyi fəallığa görə təşəkkür etməklə başlayıb.
***
Türkiyənin hazırkı prezidenti, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edəcək.
Bakıvaxtı.az bu barədə "a haber"ə istinadən xəbər verir.
Məlumata görə, bu saatlarda İstanbulda Üsküdarın Kısıklı bölgəsindəki malikanəsindən Ankaraya gedən Ərdoğan hazırda rəhbəri olduğu AK Partiyanın mərkəzi qərargahındadır.
Qeyd edək ki, mayın 14-də Türkiyədə növbəti prezident və parlament seçkiləri keçirilib. Səsvermənin ilkin nəticələrinə görə, səslərin 95,1 faizi sayılıb. Rəcəb Tayyib Ərdoğan 49,52 faiz səslə siyahıda liderdir.
Murad Məmmədli
















