Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponyanın baş nazirini Türkiyəyə dəvət edib.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı Ərdoğan, yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdıran Yaponiyanın baş naziri Fumio Kişidaya təşəkkür edib.
"Türkiyə-Yaponiya strateji tərəfdaşlığının bu il onuncu ildönümü, gələn il isə diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünü qeyd edəcəyik. İkitərəfli əməkdaşlığı geniş sahələrdə inkişaf etdirmək istəyirik. Yaponiyanın Türkiyənin terrorla mübarizəsinə daha müsbət töhfələr verəcəyinə inanırıq",- deyə danışıqlar zamanı bildirilib.
Qeyd edək ki, may ayında Türkiyədə qeydiyyata alınan Yaponiya şirkətlərinin kapitalı 33 milyon türk lirəsi olub.








jpg-1691224517.webp)






