• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəbli  avtobusu aşdı - 11 uşaq xəsarət aldı

DÜNYA

05 Avqust 2023 | 12:15

Məktəbli avtobusu aşdı - 11 uşaq xəsarət aldı

ABŞ-ın Aydaho ştatında məktəbli avtobusunun aşması nəticəsində 11 uşaq xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ştatın Polis Departamenti məlumat yayıb.

Qeyd olunub ki, qəza zamanı avtobusda ümumilikdə 30 nəfər olub.

13-18 yaşlı uşaqları yay düşərgəsinə aparan avtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında 7 nəfərin vəziyyəti ağırdır, 4 nəfər isə həyatı üçün təhlükəli olmayan xəsarətlər alıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR