• Bakı 17° C

    0.53 m/s

Ermənistan Mehridə yeni gömrük məntəqəsi tikəcək

DÜNYA

31 Oktyabr 2023 | 13:47

Ermənistan Mehridə yeni gömrük məntəqəsi tikəcək

"Mehridəki gömrük məntəqəsi sıfırdan tikiləcək".

Bakıvaxtı.az  “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib.

“Sıfırdan bütün beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək. Eyni zamanda, gömrük nəzarətinin sürətləndirilməsinə və səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar həyata keçirilməlidir”, - o vurğulayıb.

Daha əvvəl qeyd edilib ki, Mehridə yerləşən gömrükdə yenidənqurma və modernləşdirmə işlərinə artıq başlanılıb. Modernləşmə prosesi 2026-cı ilə qədər davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR