• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yerusəlimdə terrorda 2 nəfər öldü, 7 nəfər yaralandı - YENİLƏNİB

DÜNYA

30 Noyabr 2023 | 11:05

Yerusəlimdə terrorda 2 nəfər öldü, 7 nəfər yaralandı - YENİLƏNİB

Yerusəlim şəhərindəki terrorda 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Magen David Adom” təcili yardım xidməti bildirib.

Şəhərin girişindəki dayanacaqda baş vermiş hadisə zamanı azı bir qadın və yetmiş yaşlarında bir kişi ölüb, 7 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin Yerusəlim şəhərinin girişində dayanacaqda terror aktı baş verib. Atəşi fələstinlilər açıb, onlardan ikisi polis tərəfindən zərərsizləşdirilib.

***

10:08

İsrail Yerusəlim şəhərində terror hadisəsi olub.

Bakıvaxtı.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail televiziyası məlumat yayıb.

Hadisə nəticəsində altı nəfərin yaralandığı bildirilib./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026