Sosial şəbəkə platforması olan Feysbuk terror təşkilatı hesab etdiyi Talibana aid hesabları və Talibanı dəstəkləyən məzmunları qadağan etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Feysbuk sözçüsü BBC -yə bildirib ki, Taliban ABŞ qanunlarına görə terror təşkilatı sayılır və təhlükəli təşkilatların siyasəti çərçivəsində şirkət xidmətlərindən istifadə etmək qadağandır.
Sözçü, Talibana aid olan və ya adına açılan hesabların onların nümayəndələrinin bağlanacağını, qrupu tərifləyən məzmun və yazıların silinəcəyini söyləyib.
Qrup Əfqanıstanı sürətlə ələ keçirdikdən sonra texnologiya firmaları Talibanla əlaqəli paylaşımlarla necə məşğul olacağı ilə bağlı ciddi suallarla üzləşiblər.
Sözçü yerli dillərdə danışan və yerli kontekstləri bilən bir qrup Əfqan mütəxəssisi ilə işləyərək, platformada ortaya çıxan problemləri müəyyənləşdirmək və xəbərdar etmək üçün onlara kömək edildiyini söylədi.
Hökumətlərin tanınması ilə bağlı qərar vermədiklərini vurğulayan sözçü, "beynəlxalq ictimaiyyətin səlahiyyətinə" əməl etdiklərini vurğulayıb.
Sözçü, sözügedən qərarın Instagram və WhatsApp -a da aid olduğunu söyləyib.
Taliban mesajlarını yaymaq üçün illərdir sosial media platformalarından istifadə edir.
Aytac Aslan
















