Çeçenistan rəhbəri Ramzan Kadırov keçmiş çeçen səhra komandiri Əhməd Zakayevi "mavi alovda yandırmaq"la hədələdi.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kavkaz.Realii" nəşri məlumat yayıb.
"Atamın adını bir daha söyləsən, başına nə gələcəyini görərsən. Əgər mənim atamın adını çəksən, bu dünya mavi alovla yansa da, mən səni mavi alovda yandıracağam ... ”, - deyə Kadırov Çeçen dilində bildirib (tərcümə Kavkaz.Realii).
Çeçenistan rəhbəri onu da əlavə etdi ki, tənqidçiləri onun bəyanatlarını müxtəlif ölkələrdən siyasi sığınacaq almaq üçün şəbəkədə istifadə edirlər.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















