• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda 4 vəzifəli şəxs işdən AZAD EDİLDİ

CƏMİYYƏT

16 Oktyabr 2021 | 14:33

Azərbaycanda 4 vəzifəli şəxs işdən AZAD EDİLDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki iki milli park və iki qoruğun direktoru vəzifədən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, 2 direktor son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: "Hazırda iki milli parkda və iki dövlət qoruğunda direktor vəzifəsi boşdur. Zaqatala və İlisu dövlət təbiət qoruqlarının direktorları son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb, Şahdağ Milli Parkının direktoru 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi təyin edilib, Qızılağac Milli Parkının direktoru isə öz ərizəsi ilə işdən ayrılıb. Onların vəzifələrini ya müavinləri, ya da müvəqqəti təyin olunan şəxslər icra edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026