• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan Ordusu Zəngəzurda 3 istiqamətdə irəliləyib

CƏMİYYƏT

15 Noyabr 2021 | 11:27

Azərbaycan Ordusu Zəngəzurda 3 istiqamətdə irəliləyib

Azərbaycan Ordusu dünən Zəngəzurda 3 istiqamətdə irəliləyib.

Bakıvaxtı.az Ermənistanın "Pastark" qəzetinə istinadən xəbər verir ki, Qaragöl istiqamətində düşmənin 1 postu nəzarətə götürülüb. Bundan başqa, Laçınla Sisian rayonu arasında ərazidə Ordumuz 2 kilometr irəliləyib. Erməni tərəfinin 1 KAMAZ, 1 "Ural" və 1 Piyada Döyüş Maşını qənimət götürülüb.

Kəlbəcərlə Ermənistanın Cermuk şəhəri istiqamətində isə Ordumuz düşmənin 3 postunu ələ keçirərək strateji mövqelərdə qərarlaşıb.

Xatırladaq ki, Ermənistan Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq sərhədlərin delimitasiyası və demarkasiyasına razılaşmır.

Vüqar İsmayılov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026