Azərbaycanda daha bir zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, yeraltı təkan Cəlilabad rayonunda qeydı alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 05:17-də Cəlilabad stansiyasından 28 km şimal-şərqdə Cəlilabad rayonunda zəlzələ olub. Zəlzələ hiss olunmayıb.
Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 24 km olub.
















