Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçalarının birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır.
Komitənin sözçüsü deyib ki, artıq müvafiq qurumlar da iddia olunan faktla bağlı araşdırma aparır.
"Əgər fakt öz təsdiqini taparsa, araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək", - deyə Teymur Mərdanoğlu bildirib.
















