Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 948 yeni yoluxma faktı qeydə alınıb, 7 060 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 738328 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 679316 nəfər müalicə olunaraq sağalıb, 9027 nəfər vəfat edib, aktiv xəstə sayı 49985 nəfərdir.
Ölkədə son sutka ərzində 19844, hazırkı dövrədək isə 6372838 test aparılıb.







jpg-1647266496.webp)









