Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da keçiriləcək.
Bu barədə Bakıvaxtı.az-a Kinematoqrafçılar İttifaqından bildirilib.
Məlunata görə, R.İbrahimbəyovla vida mərasimi çərşənbə günü - martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində olacaq.
Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişiib. İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib. Dünən Moskvada Xalq yazıçısı ilə vida mərasinmi keçirilib. Mərhumun nəşi martın 15-də Bakıya gətiriləcək.
Nuranə Daxilqızı
















