• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İmtahan nəticələri niyə gec açıqlanır?

CƏMİYYƏT

13 Aprel 2022 | 14:52 | Müəllif: Qalib İbrahimoğlu

İmtahan nəticələri niyə gec açıqlanır?

Azərbaycanda keçirilən buraxılış və qəbul imrahanlarının nəticələri adətən imtahandan bir ay müddətinə açıqlanır. Bu isə ictimaiyyətdə müəyyən suallar doğurur: “İmtahan nəticələri niyə açıqlanır”, “Prosesin bu qədər yubanması  kənar müdaxilələrə yol açmırmı” və s. və i.

Bakıvaxtı.az-ın məlumatına görə, məsələylə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, DİM imtahan proseslərini nə qədər şəffaf qursa da, imtahanların təşkilinə yetərincə texnologiyalar tətbiq etsə və canlı resurslar cəlb etsə də çeviklik və effektivlik olmadığından problemlər qaçılmaz olur: “Nəzərə almaq lazımdır ki, imtahan nəticələrinin gecikdirilməsi də sui-istifadə, kənar müdaxilələr, şəffaflıqla bağlı məsələlər üçün də müəyyən problemlər yaradır”.

Osman Gündüz: “Nəticələrin gecikdirilməsi kənar müdaxilələr, şəffaflıqla bağlı məsələlər üçün də problemlər yaradır”

AİF rəhbəri bildirib ki, DİM bir ay əvvəl keçirilən buraxılış imtahanlarının nəticələrini ötən gün elan edib: “Qurum açıqlayıb ki, gecikmə kodlaşdırıla bilməyən, imtahan verənlər tərəfindən əl ilə yazılan sualların yoxlanılması ilə bağlı olub. Bu tip yazı işlərinin yoxlanılması kompüterlər tərəfindən deyil, onlayn formada, dədə-baba qaydasında, qabaqcadan hazırlıq keçən markerlər tərəfindən həyata keçirilib. DİM yoxlayanları identifikasiya etmək üçün biometrik texnologiyalardan da istifadə edib. Qurum yazı işlərinin yoxlanılması üçün öz resursları hesabına xüsusi proqram təminatı da hazırlayıb. Maraqlı məqam odur ki, DİM bu proseslərə nə qədər texnologiya tətbiq etsə də emal prosesini sürətləndirə bilməyib”.

Onun fikrincə, bir aylıq proses kifayət qədər uzun bir zamandır: “Bildiyim qədər yazılı cavab tələb edən, yəni kompüterlər tərəfindən deyil, markerlər tərəfindən yoxlanılan sualların sayı 25-dir. Yəni, belə qənaətə gəlmək olar ki, cəmi 25 suala görə DİM bir ay vaxt sərf etməlidir ki, cavabları təqdim edə bilsin. Buradan belə qənaətə gəlmək olar ki, bu prosesdə nələrsə düzgün qurulmayıb. Öncə ağıla gələn variant odur ki, çox güman, DİM-in maliyyə imkanları yetərli deyil, DİM çox yüklənib və bu səbəbdən də daha az resurslarla, az sayda markerlərlə daha çox işlərin görülməsinə çalışırlar”.

Osman Gündüz qeyd edib ki, belə yanaşma doğru deyil: “Əgər DIM-in resursları yetərli deyilsə, hökumətə müraciət etməlidir ki, imtahanların daha çevik və effektiv formada təşkili üçün əlavə vəsaitlər ayırsın. Əgər DİM-in resursları yetərli deyilsə və hökumətdən də vəsaitlər almaqda çətinliklər varsa, onda Mərkəz müəyyən müddət üçün yazılı cavablar tələb edən suallardan imtina edib, onların əvəzinə kodlaşdırıla bilən açıq tipli testlər salması da vəziyyətdən çıxış yolu ola bilərdi”. O.Gündüz bildirib ki, DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün aprelin 25-dən etibarən onlayn apellyasiya prosesi təşkil ediləcək: “Amma maraqlıdır ki, imtahan verənlərin əlində cavab kartları yoxdur. DİM cavab kartlarını təqdim etməyib. Dəfərlərlə bu haqda bildirmişik ki, bu, doğru yanaşma deyil. Cavab kartlarının imtahan verənlərə təqdim edilməsi vacibdir və faydalıdır. Yenə də güman etmək olar ki. DİM-in test bazası yetərli olmadığından imtahanlara təkrar testlər salmağa məcburdur. Odur ki, sui-istifadənin qarşısını almaq üçün DİM cavab kartlarını yığmaq məcburiyyətindəir Bu isə yolverilməzdir”.

Onun  sözlərinə görə, DİM özünün test bazasını qaydaya salmalı və zənginləşdirməli, resurslar cəlb etməklə imtahanlara düşəcək testlərin unikallığını təmin etməlidir: “Odur ki, DİM qarşıdakı dövrlərdə bu problemlərin həlli üçün ciddi addımlar atmalıdır”.

Xanlar Xanlarzadə: “İmtahan nəticələrinin gec açıqlanması obyektivliklə bağlı heç bir şübhə yarada bilməz”

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə isə deyib ki, imtahan nəticələrinin gec açıqlanması obyektivliklə bağlı heç bir şübhə yarada bilməz. Onun sözlərinə görə, burada milyonlarla tapşırığın yoxlanılmasından söhbət gedir.

“Yazılı şəkildə cavablandırılmalı olan suallar var və onlar birinci mərhələdə daha çoxdur. Bu səbəbdən də tapşırıqların yoxlanılması 3-4 həftəyə yaxın çəkir” deyən X.Xanlarzadənin sözlərinə görə, obyektivliyin qorunması məqsədi ilə də hər bir şagirdin öz cavab vərəqinə və qiymətləndirmə meyarlarına baxmaq imkanı var.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026