“Bizdə dərmanların qiyməti bir çox qonşu ölkələrdən daha bahadır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəmizə dərmanların böyük hissəsi hal-hazırda müharibə şəraitində olan Rusiya və Ukraynadan gətirilirdi: “Ukraynada Əfqanıstan sindromu gedir. Sülh yaratmaq istəyən dövlətlər müharibənin daha da uzanmasına xidmət göstərirlər. Necə ki, vaxtilə SSRİ-ni Əfqanıstanda uzun müddət saxlamaqla Sovetləri çökdürdülər".
Deputat deyib ki, indi həmin proqramın başqa hissəsi həyata keçirilir.
"Biz gözləyə bilmərik ki, müharibə bu gün, sabah bitəcək. Tədbirlərin görülməsi vacibdir. Dərmanların gömrükdə, istər digər yerlərdə ölkəyə buraxılmasına şərait yaratmalıyıq. Dərman bazası daha çox olmalıdır”, - deyə S.Novruzov əlavə edib.
Nuranə Daxilqızı
















