• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət şirkətinə qarşı AĞIR İTTİHAM

CƏMİYYƏT

13 Aprel 2022 | 15:36

Dövlət şirkətinə qarşı AĞIR İTTİHAM

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin rezidenti kimi qeydiyyata alınmış “Alco” MMC məhkəməyə verilib. 

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb şirkətin xaricə valyuta göndərərək, əvəzində hər hansı mal idxal etməməsi və ya xidmət göstərməməsi olduğu bildirilir.

Belə ki, “Alco” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub. 

Tərtib olunan protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Xatırladaq ki, həmin maddədə qeyd olunur ki, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Alco” MMC “AMİNOL” adında ticarət markalı sürtkü yağları istehsal edir.  

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026