• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Müğənni Afət Fərmanqızı AXTARIŞA VERİLDİ -YENİLƏNİB

CƏMİYYƏT

13 May 2022 | 14:53 | Müəllif: Qalib İbrahimoğlu

Müğənni Afət Fərmanqızı AXTARIŞA VERİLDİ -YENİLƏNİB

Müğənni Afət Fərmanqızı axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, müğənni lent.az-a açıqlamasında hazırda Tovuzda, ata yurdunda olduğunu deyib:

“Hamiləliyimlə bağlı hazırda Tovuzda, ata evimdəyəm. Bakının havası mənə xoş olmadığı üçün bura istirahətə gəlmişəm. Həm də ata evimi təmir etdirəcəm. Kimdənsə qaçıb gizlənmirəm, Tovuzdayam, yaşadığım, doğulduğum yer buradır. Məhkəməni də göndərsinlər bura, iştirak edək. Bununla bağlı məhkəməyə də sənəd göndərilib”.

Afət Fərmanqızı həmçinin davam edən məhkəmə prosesindən də danışıb:

“Bu, sənəd üzərində mənimlə Flora Kərimova arasında olan məhkəmədir. Ancaq elə deyil. Flora Kərimova kiməsə arxalanıb belə addım atır. Necə oldu ki, 3 ildən sonra məni məhkəməyə verdi?! Mən heç yerdə çıxışlarımda ad çəkməmişəm. Binəqədi məhkəməsi 6 maddə pozuntusu ilə işi icraata götürdü. Vəkilim kifayət qədər savadlı adamdır. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına da müraciət etmişik”.

***

12:55

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.

İttiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub (apa).

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026