“Rusiya-Ukrayna müharibəsi koronavirusun yeni dalğasını gətirə bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu türkiyəli professor Ahmet İnal bildirib.
Onun sözlərinə görə, müharibə zonasındakı insanlar pandemiyadan yüksək nisbətdə təsirlənir: “Epidemiyanın yeni dalğasının yaranacağını nəzərə almaqda fayda var. Yüksək intensivliklə və istəmədiyimiz yeni variant ortaya çıxa bilər”.
Professor deyib ki, müharibələrdə ən böyük problem silahla öldürülməklə yanaşı, epidemiyadan ölməkdir: “Yəni, orada yaşayan insanlar zaman keçdikcə gigiyena şəraitinin pisləşməsi səbəbindən epidemik xəstəliklərə məruz qala bilərlər. İndiki bədbəxtliyimiz ondan ibarətdir ki, Rusiya və Ukrayna müharibəsi ilə yanaşı pandemiya da mövcuddur. Buna görə də, bu bölgədəki insanların pandemiyaya hər cür məruz qalmaları mümkün ola bilər”.
Nuranə Daxilqızı
















