• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Anar Bağırovdan vəkillərə ÇAĞIRIŞ

CƏMİYYƏT

12 Fevral 2022 | 18:11 | Müəllif: Subhan Mahmudov

Anar Bağırovdan vəkillərə ÇAĞIRIŞ

Vəkillər Kollegiyasının sədri vəkillər üçün pulsuz koronavirus testlərinin verilməsinin təşkili barədə məlumat paylaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələ ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda mürəkkəb epidemioloji şəraitdə ən qısa zamanda vəkillər üçün pulsuz COVID-19 testlərinin verilməsinin təşkilinə görə, yeni tibbi müayinə məntəqəsinin yaradılmasına görə Ədliyyə Nazirliyinə təşəkkür edib:

“Başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinə bir daha minnətdarlığımızı bildiririk. Hazırda dünyada və ölkəmizdə yoluxma sayı yüksəkdir, əhali ilə sıx təmasda olan bütün digər riskli peşə sahiblərində olduğu kimi vəkillərimiz sırasında həmçinin yoluxanların sayı az deyil. 

Ədliyyə Nazirliyinin təşəbbüsü ilə vaxtında görülən tədbirlər nəticəsində son günlər virus aşkar olunan vəkillərimizə və müstəntiqlərə bu barədə məlumat verilmiş, yeni yoluxma hallarının qarşısı vaxtında alınıb. Ədliyyə Nazirliyinin Tibb Xidməti tərəfindən vəkillərlə bağlı məlumatlar VKRH-nə vaxtaşırı göndərilir.

Bütün həmkarlardan bir daha karantin qaydalarına ciddi əməl olunmasını, özlərinin və yaxınlarının səhhətlərinə biganə qalmamağı, xəstəlik simptomları olduğu halda dərhal müayinə olunmağı artıq dərəcədə xahiş edirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026