• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bu müəssisələrdə pozuntular aşkarlandı

CƏMİYYƏT

13 Yanvar 2022 | 20:00 | Müəllif: Subhan Mahmudov

Bu müəssisələrdə pozuntular aşkarlandı

Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, 2022-ci il yanvarın 12-də ölkə üzrə 432 ictimai iaşə obyektində 774 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail‎ ‎rayonu, R. Rza küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Necat Ata Özcana məxsus “Atabey Çiğ Köfte” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 148D ünvanında yerləşən, fiziki şəxs Əkbərov Azər İdris oğluna məxsus dönər evi;

3. Gəncə şəhəri, Adil İsgəndərov küç., ev 95A ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Vaqif Fərrux oğluna məxsus “Cafe de Paris” kafesi;


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026