• Bakı 23° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Qar yağacaq, bəzi yerlərdə intensiv olacaq

CƏMİYYƏT

14 Yanvar 2022 | 08:21 | Müəllif: Qalib İbrahimoğlu

Qar yağacaq, bəzi yerlərdə intensiv olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026