• Bakı 16° C

    2.61 m/s

FHN xilasetmə əməliyyatının görüntülərini YAYDI - VİDEO

CƏMİYYƏT

02 Aprel 2024 | 12:22 | Müəllif: Subhan Mahmudov

FHN xilasetmə əməliyyatının görüntülərini YAYDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən 1944-cü il təvəllüdlü qadına müvafiq köməklik göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR