• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Fransa səfiri: Ermənistan 1991-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb

SİYASƏT

24 Fevral 2025 | 12:52

Fransa səfiri: Ermənistan 1991-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb

Qarabağ Azərbaycan ərazisidir, bunu həm beynəlxalq ictimaiyyət, həm də Ermənistanın özü tanıyıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Fransanın İrəvandakı səfiri Olivye Dekotinyi Ermənistanın İctimai Radiosuna müsahibəsində bildirib.

"Əgər siz "Dağlıq Qarabağ" hökumətinin tanınması məsələsindən danışırsınızsa, bu, heç vaxt beynəlxalq ictimaiyyət, hətta Ermənistan tərəfindən də tanınmayıb. Üstəlik, Ermənistan Almatı bəyannaməsində Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb, çünki o, Sovet Azərbaycanının bölgəsi olub. Ermənistanın 2022-ci ildə Praqada “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi kimi tanıdığını iddia edənlər yalan danışırlar.

Ermənistan bunu Almatı bəyannaməsində tanıyıb, Praqa isə ancaq bu bəyannaməyə istinad edir”, - fransalı diplomat vurğulayıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025