Fransada ötən sutka ərzində yeni növ koronavirusa 23 306 yoluxma halı qeydə alınıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 3 882 408 nəfərə çatıb.
Fransada son 24 saatda 170 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Pandemiya qurbanlarının ümumi sayı 88 444 nəfərə yüksəlib.
















