• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Gədəbəydə  qadın oğurlandı

HADİSƏ

06 May 2023 | 14:19

Gədəbəydə qadın oğurlandı

Gədəbəy rayonunda adam oğurluğu hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, mayın 4-də Gədəbəy şəhər sakini İ.Rəfili (şərti) polisə müraciət edərək saat 13 radələrində 32 yaşlı bacısı B.Rəfilinin (şərti) naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadını oğurlamaqda şübhəli bilinən rayonun Qurudərə kənd sakini, 1987-ci il təvəllüdlü Ruslan Həsənov, Slavyanka kənd sakini, 1979-cu il təvəllüdlü Ayaz Hümbətov və Gədəbəy şəhər sakini, 1994-cü il təvəllüdlü Qabil Məmmədcəfərov tutulub.

B.Rəfili gizlədildiyi yerdə aşkar edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı Gədəbəy RPŞ-də araşdırmalar davam etdirilir. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026