Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Babək rayonu Şıxmahmud kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Babək rayon Aşağı Uzunoba kənd sakini, 1981-ci il təvəllüdlü Qəbəliyev Nüsrət Yunis oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.




jpg-1688533527.webp)











