Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H. Əhmədov xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.


jpg-1688533527.webp)












