• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ağır yol qəzası oldu - Ölən və yaralanan var

HADİSƏ

05 Iyun 2023 | 09:24

Ağır yol qəzası oldu - Ölən və yaralanan var

Bakıda avtomobil aşıb, sürücü ölüb, qardaşı xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu icarə götürdüyü “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı maneəyə çırpılıb. Nəticədə T.Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı, 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR