Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı”nda başlayan yanğın söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan mağazanın yanar konstruksiyaları 2 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09:17
Bu gün səhər saatlarında Bakının Nizami rayonundakı “8-ci kilometr bazarı”nda güclü yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə cəlb olunub.
Hazırda hadisə yerinə yanğınsöndürmə biriqadası işləyir, xəsarət alan barədə məlumat yoxdur.















