• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Gəncədə DƏHŞƏT: Ata 12 yaşlı qızını... - YENİLƏNİB

HADİSƏ

23 Fevral 2024 | 23:38

Gəncədə DƏHŞƏT: Ata 12 yaşlı qızını... - YENİLƏNİB

Gəncədə bıçaqla qızına xəsarət yetirən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis idarəsinin  əməkdaşları hadisə yerinə cəlb olunublar.

Keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində az yaşlıya xəsarət yetirməkdə şübhəli bilinən onun atası İlham İsrafilov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etirilir.

 

23:22

Gəncədə həyat yoldaşı ilə dalaşan kişi qızına bıçaqla xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Şahsevənlər küçəsində baş verib.

Sözügedən ünvanda yaşayan İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib.

Mübahisədən əsəbiləşən ər  həyat yoldaşını  bıçaqla  vurmaq istəyib. Bu zaman onun qarşısına 12 yaşlı qızı keçib.

Nəticədə İlham İsrafilov bıçaqla qızı - 2012-ci il təvəllüdlü Aysu İsrafillini vurub.12 yaşlı qız bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./unikal


SON XƏBƏRLƏR

24 Aprel 2024