• Bakı 28° C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Gəncədə kütləvi dava: xəsarət alanlar var

HADİSƏ

10 Iyun 2026 | 23:52

Gəncədə kütləvi dava: xəsarət alanlar var

Gəncədə kütləvi dava olub.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki 2000-ci il təvəllüdlü T. Fərzəliyev, 2001-ci il təvəllüdlü M. Xəlilov, 2003-cü il təvəllüdlü S. Nəzərov, 2005-ci il təvəllüdlü Z. Nəzərov, 2006-cı il təvəllüdü E. Nəzərov, 1990-cı il təvəllüdlü E. Nəzərov və 1991-ci il təvəllüdlü S. Nəzərov döyülmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal xəsarət alan şəxslərə yardım edilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə tanışlar arasında dava düşüb. Davaya səbəb isə avtomobildə musiqiyə yüksək səs vermək olub.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026