Xəbər verdiyimiz kimi, general-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Bakıvaxtı.az "Bizim.Media"ya istinadla xəbər verir ki, Milli Müdafiə Akademiyasına Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Gündüz Əbdülov rektor təyin edilib.
Gündüz Əbdülov daha əvvəl Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb.
Bu təyinata qədər isə o, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
***
13:50
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad olunub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən general-leytenant Heydər Piriyev Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Milli Müdafiə Universiteti 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılıb.
İsmayıl Alısoy
















